0
Tuesday 25 December 2012 - 06:25

Terror təşkilatı bəraət aldı

Story Code : 224645
Terror təşkilatı bəraət aldı
Kanada İranın özlərini "Mücahedine-Xəlq" ("Xalq Mücahidləri") adlandıran silahlı qruplaşmasını terrorçu təşkilatlar siyahısından çıxarmağa qərar verib.

Rəsmi Ottavanın bu qərarından sonra Tehran Kanadanı beynəlxalq öhdəliklərini pozmaqda ittiham edib.

İran rəsmiləri bildirib ki, bu qərar beynəlxalq təhlükəsizliyi və sülhü şübhə altında qoyur. Sözügedən silahlı qrup on altı min İran vətəndaşının öldürülüb və İslam Respublikasının bir neçə liderinə sui-qəsd təşkil edib.

Həmçinin bildirilir ki, təşkilat 1970-ci ildə İranda ABŞ vətəndaşlarını öldürüb və 1992-ci ildə ABŞ-ın bir neçə ştatında terror əməliyyatı həyata keçirib.

1979-cu ildə İranda inqilab baş verdikdən sonra İraqın sabiq prezidenti Səddam Hüseyn qrupun üzvlərinə İraqda sığınacaq verib.
Source : Teleqraf
Comment