0
Tuesday 25 December 2012 - 09:10

Suriyada terroristlər bir-biri ilə atışdı

Story Code : 224659
Suriyada terroristlər bir-biri ilə atışdı
"IslamTimes" xəbər verir ki, bazar günü Hələb şəhərində iki terrorist qrupun bir biri ilə atışması nəticəsində Bəni Zeyd terror təşkilatının rəhbəri Xalid Uvasu qətlə yetirilib.

Həmçinin uyğun qarşıdurma nəticəsində digər onlarla terroristin də həlak olduğu xəbər verilir.

Digər bir məlumatda isə Suriya ordusunun Rəsmul Əbvəd məntəqəsində terroristlərə qarşı keçirdiyi əməliyyat zamanı onlarla terroristin məhv edildiyi bildirilir. Dövlət qüvvələri muzdurlara məxsus silahla dolu bir neçə maşın da ələ keçirib.
Comment