0
Tuesday 25 December 2012 - 09:12

ABŞ terroristlərin əsas dəstəkçisidir

Story Code : 224661
ABŞ terroristlərin əsas dəstəkçisidir
ABŞ terroristlərin əsas dəstəkçisidir
Islam times.org/az/ - Bazar ertəsi günü Mehmanpərəst deyib ki, ABŞ, Kanada və Avropa Birliyinin “Mucahidini Xalq” terror qrupunu terror təşkilatları siyahısından çıxartması göstərir ki, Amerika və Avropa rəsmilərinin terroristləri müəyyənləşdirmək üçün istifadə etdikləri kriteriyalar ikili standartlara əsaslanır və xeyli suallar doğurur.

Sözçü həmçinin vurğulayaraq bildirib ki, ABŞ hökuməti bir çox ölkələrdə insan hüquqlarını müdafiə adı altında xeyli problemlər yaradıb və bir çox insan haqqlarının pozulma hallarına görə məsuliyyət daşıyır.

Mehmanpərəst daha sonra deyib ki, ABŞ və digər Qərb hərbi və təhlükəsizlik rəsmiləri Yaxın Şərq regionunda baş verən müxtəlif terror hadisələrində xüsusi rol oynayıblar.

O əlavə edərək deyib: “Quantanamoda qeyri insani halların baş verdiyi və ABŞ-ın terrorist qrupları dəstəklədiyi bir vaxtda onlar iddia edib deyə bilməzlər ki, biz müxtəlif ölkələrdə insan hüquqlarını bərpa etmək istəyirik və onların bu haqda danışmağa haqqları yoxdur.”
Source : İslamtimes
Comment