0
Tuesday 25 December 2012 - 09:26

İİR XİN: İşğalçı sionist rejimin Azərbaycanla hərbi əməkdaşlığı region üçün təhlükədir

Story Code : 224663
İİR XİN: İşğalçı sionist rejimin Azərbaycanla hərbi əməkdaşlığı region üçün təhlükədir
İİR XİN: İşğalçı sionist rejimin Azərbaycanla hərbi əməkdaşlığı region üçün təhlükədir
İran İslam Respublikası Xarici İşlər Nazirinin strateji məsələlər üzrə baş eksperti bildirib ki, SSRİ dağıldıqdan sonra işğalçı sionist rejimi İİR-ın Qafqaz ölkələri ilə münasibətlərində etimadsızlıq və gərginlik atmosferi yaratmağa, habelə İran İslam Respublikası və Azərbaycan arasında iqtisadiyyat və enerji sahəsində münasibətlərə təsir göstərir.

Ekspert Məhəmməd Fərhad Kuleyni irdiplomacy.ir-ə müsahibəsində bildirib ki, İsrail və Azərbaycanın hərbi-texniki əməkdaşlığının fəallaşması həm İİR-da, həm də Qafqaz ölkələri arasında həyəcana səbəb olur.

“Aydındır ki, bu halda sionistlərin yeganə məqsədi Azərbaycanın İran İslam Respublikası ilə münasibətlərinə təsir göstərməkdir. Digər tərəfdən, işğalçı rejim İran İslam Respublikası ətrafında müharibə meydanı yaratmağa və regionda təsirini gücləndirməyə çalışır”, deyə Kuleyni bildirib.

Ekspertin sözlərinə görə, bu əməkdaşlığın başlanğıcı 2008-ci ildə Cənubi Osetiyada Rusiya-Gürcüstan silahlı münaqişəsi ilə qoyulub. Bundan əvvəl sionist rejimi Tbilisi ilə hərbi sahədə sıx əməkdaşlıq edirdi, lakin Cənubi Osetiyada silahlı münaqişə yəhudilərin strateji xəttini Bakıya çevirdi.

Kuleyni qeyd edib ki, Fələstin torpaqların işğal rtmiş sionist rejim bu məsələdə Rusiyanın həssaslığını diqqətə alır və Moskva ilə zəruri danışıqları aparıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan-sionist rejim əməkdaşlığı İran İslam Respublikası üçün təhlükə yaratmır, amma regionda çətinliklər yarada və qarşıdurmaları gücləndirə bilər.
Source : Azadliq
Comment