QR CodeQR Code

ABŞ Əl-Qaidə ilə çiyin-çiyinə

25 Dec 2012 09:41

IslamTimes - Birləşmiş Ştatlar xarici siyasətində terrorizmlə mübarizənin mühüm yer tutduğunu bildirsə də Əl-Qaidə və Talibanla əl-ələ verərək Suriya dövlətinə qarşı əməliyyatlar həyata keçirir.


"IslamTimes" "PressTV"-yə istinadən bildirir ki, ötən 100 illikdə ABŞ dövlət başçıları ikinci prezidentlik səlahiyyəti dövründə daha çox rüsvayçılıqlara yol verib. Onlar bu dövrə bir çox uğursuzluqlarla son vurublar.

Elə hazırkı prezident Barak Obama da ikinci dəfə olaraq ABŞ prezidenti seçildiyi zaman terroristlərlə mübarizə aparacağı ilə bağlı bir daha xalqa söz vermişdi. Amma bu gün Obama Suriyada qarşıdurma alovunu şölələndirmək məqsədi ilə Əl-Qaidə və Talibanla əl-ələ vermək qərarına gəlib. Belə ki, ABŞ prezidenti uyğun terror təşkilatlarına maliyyə və hərbi yardımlar göndərməkdə davam edir.

Amma bir çox araşdırmaçılar uyğun addımın gələcəkdə böyük problemlərə səbəb olacağını bildirib. Əl-Qaidə Liviyada ABŞ səfiri Kristofer Stivenzi qətlə yetirdikdən sonra bu nigarançılıqlar daha da artıb. Uyğun terrorda Mitt Romninin CİA və Pentaqondakı tərəfdarlarının birbaşa əli olduğu xəbər verilir.


Story Code: 224669

News Link :
https://www.islamtimes.org/az/news/224669/abş-əl-qaidə-ilə-çiyin-çiyinə

Islam Times
  https://www.islamtimes.org