0
Tuesday 25 December 2012 - 10:10

İsrail rəsmiləri arasında gərginlik artır

Story Code : 224678
İsrail rəsmiləri arasında gərginlik artır
"IslamTimes" "Yerusəlim Post" qəzetinə istinadən xəbər verir ki, Benyamin Netanyahu dövlətinin müxaliflərindən olan Tsipi Livni onu puç vədlərinə görə yalançı adlandırıb.

Barilan universitetində çıxış edən Tsipi Livni Benyamin Netanyahunun 2009-cu ildə bu universitetdəki çıxışına işarə ilə deyib: "İsrail baş nazirinin fəaliyyətləri onun qərarlarında sabit olmadığının göstəricisidir. Netanyahu yalana üz tutub."

Benyamin Netanyahu 2009-cu ildə mübahisələrin həlli və fələstinlilərlə kompromis əldə edilməsi məqsədi ilə iki ölkə planını qəbul etdiyini bildirmişdi.

Sionist rejimin sabiq baş naziri də sözlərinin davamında işğal olunmuş ərazilərdə iki dövlət təsis edilməsi planını dəstəklədiyini və bu planın rejimi qoruyacağını bildirib.

Xatırladaq ki, bundan öncə İsrail rejiminin istefaya getmiş xarici işlər naziri Aviqdor Liberman, İsrail rejiminin XİN-inin digər cinayətkar rəhbəri olmuş Tsipi Livni də daxil olmaqla üç qadın millət vəkilini “əxlaqsız qadın” adlandırmışdı.
Comment