QR CodeQR Code

6 yəmənli ABŞ bombardmanının qurbanı oldu

25 Dec 2012 11:24

IslamTimes - Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarələrin növbəti dəfə Yəmən ərazilərini bombalaması nəticəsində Beyda əyalətində 6 dinc sakin həyatını itirib.


ABŞ hərbi rəhbərliyindən isə bildirilib ki, pilotsuz təyyarələrlə həyata keçirilən hərbi əməliyyatların əsas hədəfi terrorçu qruplaşmaların özəyi olub.

Qeyd edək ki, ABŞ hazırda hərbi əməliyyatlar üçün Yəmən, Pakistan, Əfqanıstan və Somalidə pilotsuz təyyarələrdən istifadə edir. Amerika iddia edir ki, pilotsuz təyyarələr terrorçu qruplaşmaların hərbi birləşmələrin daxil ola bilmədikləri ərazilərdə istifadə olunur. /Deyerler/


Story Code: 224706

News Link :
https://www.islamtimes.org/az/news/224706/6-yəmənli-abş-bombardmanının-qurbanı-oldu

Islam Times
  https://www.islamtimes.org