0
Tuesday 25 December 2012 - 14:45

İsa Qəmbər: "Bu videolarla hakimiyyətin çirkinliyi ortaya çıxdı"

Story Code : 224787
İsa Qəmbər: "Bu videolarla hakimiyyətin çirkinliyi ortaya çıxdı"
Tədbiri Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlu açıb. Sonra söz çıxış üçün İsa Qəmbərə verilib. İsa Qəmbər bildirbi ki, 2012-ci il kifayət qədər gərgin il oldu və kifayət qədər hadisələrlə yadda qaldı: Birinci hadisə kimi onu qeyd etmək olar ki, xalqın Quba üsyanı baş verdi. Həmin üsyan xalqın hakimiyyətə üsyanı idi.

Digər bir hadisə "Eurovision" yarışması idi və həmin ərəfədə baş verən hadisələr idi. O hadisələr onu göstərdi ki, Azərbaycan cəmiyyəti istəyir ki, Azərbaycanda demokratiya, azadlıq qurulusun. Digər bir hadisə isə təbii ki, Elşad Abdullayevin yaydığı videolar idi və bu videolar mühüm hadisələrə səbəb oldu. Bu videolarla hakimiyyətin çirkinliyi ortaya çıxdı və bəlli oldu ki, hakimiyyətə ciddi bir korrupsiya aparatı qurub. Həmin videolardan eyni zamanda aydın oldu ki, hakimiyyət nəinki deputat yerlərini satıb, həm də aydın oldu ki, müxalifət həmin dairələrdə qalib gəlib. Həmin videolarda iki dairədən söhbət gedir və hər ikisində də müxalifət nümayəndəsi qalib gəlib. Bu video həmin faktı ortaya qoydu".

İsa Qəmbər çıxışının davamında 2013-cü ildə dəyişikliyə nail olacaqlarına inandığını bildirib. /Deyerler/
Comment