0
Wednesday 26 December 2012 - 07:59

Misir seçicilərinin 64 %-i yeni konstitusiyanı dəstəkləyib

Story Code : 225062
Misir seçicilərinin 64 %-i yeni konstitusiyanı dəstəkləyib
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin Mərkəzi Seçki Komitəsinin başçısı Əbu əl-Maat bildirib ki, islamçıların hazırladığı konstitusiya layihəsinin qəbul olunmasının lehinə 10 milyon 954 min seçici səs verib, əleyhinə isə 6 milyon 60 min səs verilib. Onun sözlərinə görə, referendum hakimlərin tam nəzarətə altında keçirilib. Bir necə seçki dairəsində qanunun pozulmasına görə, nəticələr ləğv edilib.

Yeni konstitusiya qəbul olunmaqla 2013-cü ilin əvvəlində Misirdə yeni parlament seçkiləri keçiriləcək.
Comment