0
Wednesday 26 December 2012 - 09:48

AB-dən Yunanıstana 49,1 milyard avro kredit

Story Code : 225082
AB-dən Yunanıstana 49,1 milyard avro kredit
Pulun ilk hissəsi – 34.3 milyard avro bir neçə gün sonra veriləcək. Avropa maliyyə nazirlərinin məsələ ilə bağlı qərarına münasibət bildirən baş nazir Antonis Samaras bu qərardan məmnun olduğunu bildirib: “Yunan xalqının fədakarlığı hədər olmadı. Həmrəylik göstərir”.

Yunanıstan maliyyə naziri Yanis Sturanaras bunu Yunanıstan üçün gözəl bir gün adlandırıb: “Gözəl bir gündür. Amma səylər davam etdirilməlidir”.

Tezliklə veriləcək 34.3 milyard avronun 16 milyardı banklara yenidən sərmayə qoyulmasına, 7 milyard avrosu isə maddi ehtiyaclara, digər qismi isə kreditlərin ödənilməsi üçün istifadə olunacaq.
Comment