0
Wednesday 26 December 2012 - 23:14
Pakistanlı analitik:

ABŞ insanların qətlində ikili standartlara sahibdir

Story Code : 225288
Pakistanlı analitik: ABŞ insanların qətlində ikili standartlara sahibdir
Pakistanlı analitik: ABŞ insanların qətlində ikili standartlara sahibdir
Islam times.org/az/ - Pakistanın siaysi şərhçisi olan Zahir Şah çərşənbə axşamı günü deyib ki, ABŞ öz ölkəsində qətlə yetirilən uşaqlara yas saxladığı bir vaxtda Pakistanda onun atdığı raketlər nəticəsində həlak olan günahsız uşaqlara göz yumur.

O qeyd edərək bildirib ki, günahsız insanların öldürülməsi hər harda olursa olsun bərabər şəkildə tənqid edilməlidir.

Pakistanın şimali qərb əyaləti olan Xeybər Paxtunxvanın informasiya naziri də həmçinin Pakistana atılan raketləri tənqid edib.

O deyib: “Biz inanırıq ki, bu cür raketlər atmaqla terrorizmin qarşısını almaq olmaz və bu cür hallar yalnız insanlarda ABŞ-a qarşı nifrəti artıracaq.”

Cümə günü ABŞ-ın Şimali Vəziristan ərazisini atdığı raket nəticəsində ən azı dörd dinc vətəndaş həlak olub.

Vaşinqton Yəmən, Pakistan, əfqanıstan və Somalidə bu raketlərdən istifadə edərək bildirir ki, əsas hədəf terroristlərdir, ancaq bu hücumlarda ən çox həlak olanlar dinc vətəndaşlardır.

BMT ABŞ-ın bu hücumlarını tənqid etmiş və bildirmişdir ki, bu cür hücumlar beynəlxalq qanunları pozur.
Source : İslamtimes
Comment