QR CodeQR Code

ABŞ bazasında növbəti partlayış

APA , 27 Dec 2012 09:12

IslamTimes - Əfqanıstanda ABŞ hərbi bazasında törədilmiş terror aktı nəticəsində üç nəfər həlak olub


Əfqanıstanda ABŞ hərbi bazasında törədilmiş partlayış nəticəsində üç nəfər həlak olub. Host şəhərində NATO bazası yerləşən binanın yaxınlığında minalanmış furqon partladılıb. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, furqonu terrorçu-kamikadze partladıb.

Nəticədə terrorçu daxil olmaqla üç nəfər həlak olub. ABŞ Silahlı Qüvvələrinin nümayəndələri bildirirlər ki, ölənlərin hamısı Əfqanıstan vətəndaşıdır.

Hadisəyə görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb

Əfqanıstanda həlak olmuş ABŞ hərbçilərin ümumi sayı 2 min nəfəri keçib.


Story Code: 225377

News Link :
https://www.islamtimes.org/az/news/225377/abş-bazasında-növbəti-partlayış

Islam Times
  https://www.islamtimes.org