QR CodeQR Code

Corc Buşun səhhəti pisləşdi

Müsavat , 27 Dec 2012 09:27

IslamTimes - Bir aydan çoxdur Amerikanın Hyuston şəhərindəki xəstəxanada olan ABŞ-ın eks-perzidenti Corc Gerbert Buşun (ata Buş) səhhəti pisləşib.


Keçmiş prezidentin nümayəndəsi Cim Makqresin sözlərinə görə, Corc Buşun temperaturu bir neçə gündür yüksəkdir və həkimlər bunun səbəbini tapmaqda çətinlik çəkirlər.

Ata Corc Buş bronxitdən müalicə üçün noyabrın 23-də xəstəxanaya yerləşdirilib. Hazırda öskürək onu narahat etmir. Milad bayramında həyat yoldaşı Barbara, oğlu Nil və həyat yoldaşı, eləcə də, nəvələrindən biri Corc Buşu ziyarət ediblər. Corc Buş Parkinson xəstəliyinə tululub və əlil arabası ilə hərəkət etməyə məcburdur.

Ata Corc Buş ABŞ-ın 41-ci prezidentidir. O, 1989-1993-cu illərdə Amerikaya rəhbərlik edib. Bundan əvvəl isə Ronald Reyqanın administrasiyasında vitse-prezident olub.


Story Code: 225381

News Link :
https://www.islamtimes.org/az/news/225381/corc-buşun-səhhəti-pisləşdi

Islam Times
  https://www.islamtimes.org