QR CodeQR Code

İsrail rejimində deputat Suriyaya səfər etdiyinə görə toxunulmazlıqdan məhrum edilib

27 Dec 2012 12:53

IslamTimes - İsrail rejiminin qondarma Natsereta məhkəməsi sionist Knessetinin deputatı Said Naffanın deputatlıq toxunulmazlığından məhrum edilməsi barədə hökm çıxarıb.


2007-ci ildə Nafaa Suriyaya səfər edib və burada mənsub olduğu “druz” dini cərəyanın nümayəndələri ilə görüşüb. Nafaa qeyd edib ki, onun səfəri tam dini xarakter daşıyıb. İsrail rejiminin prokurorluğu isə iddia edir ki, Nafaa Suriyada hazırda müxalifət qüvvələrinin tərkibində fəaliyyət göstərən Suriya Milli Cəbhəsinin üzvləri ilə görüşüb. İsrail rejimi bir vaxtlar həmin təşkilatı terrorçu qruplaşma olaraq tanısa da, indi əsas müxalif qüvvəsi kimi onların hakimiyyətə gəlməsini istəyir. /Deyerler/


Story Code: 225460

News Link :
https://www.islamtimes.org/az/news/225460/israil-rejimində-deputat-suriyaya-səfər-etdiyinə-görə-toxunulmazlıqdan-məhrum-edilib

Islam Times
  https://www.islamtimes.org