0
Friday 28 December 2012 - 22:55

İsrail: ABŞ Suriyanı işğal etməyə hazırlaşır

Story Code : 225963
İsrail: ABŞ Suriyanı işğal etməyə hazırlaşır
İsrail: ABŞ Suriyanı işğal etməyə hazırlaşır
Islam times.org/az/ - İsrailin Strateji işlər naziri Moşe Yalon cümə axşamı günü İsrail Radiosuna müsahibə verərək deyib ki, İsrail rəsmiləri Suriyadakı ən son irəliləyişlər ilə bağlı Amerikalı əməkdaşları ilə sıx əlaqədədirlər.

O əlavə edərək deyib ki, hazırkı vəziyyətdə Suriyanın kimyəvi silahlardan İsrailə qarşı istifadə etməsi haqqında heç bir ehtimal yoxdur.

Yalon İsrail baş nazirinin təzəlikdə Ammanda İordaniya kralı Abdullah ilə görüşərək Suriyanın kimyəvi silah bazaları haqqında müzakirələr aparmasına şərh verməkdən boyun qaçırıb.

Görüş zamanı Netanyahu Suriyanın kimyəvi silah bazalarını dağıtmaq üçün İsrail-İordaniya birgə iştirakı ilə hava hücumları etməsini təklif edib.

İordaniyalılar isə bu hərəkətin hədəf ərazilərin ətrafinda kimyəvi sızıntılara gətirib çıxaracağını bildirərək bu təklifdən imtina ediblər.

İsrail isə daha sonra ikinci təklifi edərək Suriyaya müştərək hərbi qüvvəllərin iştirakı ilə hücum etməyi bildirib. Kimyəvi silah bazalarını zərərsizləşdirmək üçün əməliyyata ən azı 8000 əsgərə ehtiyac duyulacaq.

İordaniyalılar İsrail bu təklifini də dəstəkləməsələr, həmçinin onu təmamilə də rədd etməyiblər.

Bu arada artıq Suriya üsyançıları yalnış təbliğata start verərək Suriya ordusunun kimyəvi silahlardan istifadə etməsi haqqında xəbərlər yayıblar.
Source : İslamtimes
Comment