0
Saturday 29 December 2012 - 09:19

Rusiyadan Qərbə sarsıdıcı zərbə

Story Code : 226016
Rusiyadan Qərbə sarsıdıcı zərbə
ABŞ, Almaniya və Hollandiya NATO xətti ilə Türkiyəyə “Patriot” raketləri verdikdən bir neçə saat sonra Rusiyanın “Новочеркасск" və "Саратов“ gəmiləri “MB-304“ yedək gəmisi ilə birlikdə Suriyanın Tartus limanına daxil oldular. Gəmidə 300 nəfər desant-dənizçi olub.

Bu gəmilərin gətirdiyi yük təkcə ABŞ və Rusiya arasında bölgədə mövcud olan strateji balansı yox, həm də İsrail və İran arasındakı balansı dəyişdi.

“DEBKA-File“ hərbi və kəşfiyyat məlumatlarına istinadən bildirib ki, rus gəmiləri Tartus limanına 24 9K720 (NATO-nun “İsgəndər“ adlandırdığı, kod adı SS-26 Stone olan raketlərdir) mobil taktiki qanadlı raketlər boşaldılıb. Bu raketlər regional müharibələrdə ideal vasitə sayılır.

Suriyadan gələn məlumatlara görə 6 batareya 12 raket komleksi ilə Suriya-Türkiyə sərhəddinə yerləşdirilib. Bir o qədər də raket Suriya-İsrail və İordaniya sərhəddinə yeridiləcək. Həmin raketlər hər şeydən öncə bölgədəki Amerika hərbi bazalarını hədəfə alacaq.

Rusiya qanadlı raketləri Qərbdə özünə rəqib tanımır. Bu raketlər saniyədə 2 km. yol qət edir. Əhatə dairəsi 300 km-dir. Bu isə o deməkdir ki, bu raketlərlə asanlıqla Suriyadan İsraili vurmaq olar. 480 kq başlıqlı raketlər əvvəlcədən nəzərdə tutulmuş hədəfə 30-70 metr xəta ilə çata bilir. Başlıqlara kordinatları dəqiq verdikdə isə bu xətta 5-7 metrə qədər azalır.

Rusiyanın “İsgəndər” raketləri İsrail və Qərb üçün olduqca təhlükəlidir. Çünki bu raketlərin uçuşunu havadaca müəyyən edə biləcək radar sistemi nə Qərbdə, nə də İsraildə var. Bu raket sisteminin daha bir özəlliyi onunla bağlıdır ki, bu raketlər nüvə başlığı da daşıya bilər.
Source : Müsavat
Comment