0
Saturday 29 December 2012 - 11:57

Fələstin yönümlü etirazçılar İsrail səfirliyi qarşısında etiraz aksiyası keçriblər

Story Code : 226050
Fələstin yönümlü etirazçılar İsrail səfirliyi qarşısında etiraz aksiyası keçriblər
Fələstin yönümlü etirazçılar İsrail səfirliyi qarşısında etiraz aksiyası keçriblər
Islam times.org/az/ - Etirazçılar Tel Əvivdən 1.6 milyon əhalisi olan və səkkiz il mühasirə şəraitində yaşayan Qəzzada blokada şəraitini aradan götürməyi tələb ediblər.

Sionizmə Qarşı Ortadoks Yəhudi Cəmiyyəti də daxil olmaqla müxtəlif qruplardan olan nümayişçilər üzərlərində “İsrail İşğalına Son”, “Sionizmin Müqəddəs Torpaqların heç bir ərazisini idarə etməyə haqqı yoxdur” və s. kimi yazılar olan plokatlar tutmuşdular.

Londonun bu soyuq qış fəslində Milad bayramı ərəfəsində Qəzza Müharibəsinin il dönümünü qeyd edən cəsur etirazçılar 2012-ci ilin noyabr ayında İsrail rejiminin xeyli qadın və uşaq da daxil olmaqla 160 nəfəri qətlə yetirməsi ilə nəticələnən Qəzzaya hücumunu və Qəzzada yaşayan Fələstinlilərə qarşı davam edən zorakılığını tənqid ediblər.

27 Dekabr 2008-ci ilin yanvar ayından 2009-cu ilə qədər İsrailin qadağan edilmiş fosfor silahları da daxil olmaqla bir çox silahlardan istifadə edərək 1430 Fələstinlini qətlə yetirməsinin il dönümü kimi qeyd edilir.
Source : İslamtimes
Comment