QR CodeQR Code

Səudiyyə təhlükəsizlik qüvvələri 18 yaşlı Şiə etirazçını qətlə yetirib

İslamtimes , 29 Dec 2012 12:29

İslamtimes - Səudiyyə Ərəbistanın neft ilə zəngin olan Şərq Əyalətində siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz nümayişi zamanı Ali Səud rejiminin təhlükəsizlik qüvvəlləri ən azı bir etirazçını qətlə yetiriblər.


islamtimes.org/az/ - Yerli fəalların verdiyi məlumata görə cümə günü Səudiyyə rejim qüvvəlləri paytaxt Riyadın şərqində yerləşən Qətif məntəqəsində nümayişçilərə atəş açmış və 18 yaşlı Əli əl Mararı qətlə yetirmişdilər.

Yerli jurnalistlərin verdiyi məlumata əsasən nümayiş zamanı həmçinin bir neçə etirazçı yaralanmış və bəziləri isə həbs edilmişdir.

Fəallar daha sonra bildiriblər ki, iki maşının içərisində olan təhlükəsizlik qüvvəlləri Qətifin mərkəz hissəsində heç bir kəsə fərq qoymadan nümayişçilərə qarşı atəş açıblar.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın neft ilə zəngin Şərq Əyaləti rejim əleyhinə üsyanlar ilə çalxalanır.

Səudiyyəli etirazçılar Səudiyyə Ərəbistanın Şərq Əyalətinin Qətif və Avamiyyə bölgələrində mütəmadi olaraq nümayişlər keçirirlər. Onların əsas tələbləri bütün siyasi məhbusların azadlığa buraxılması, sosial ədalətsizliyə və ayrıseçkiliyə son qoyulmasından ibarətdir.


Story Code: 226064

News Link :
https://www.islamtimes.org/az/news/226064/səudiyyə-təhlükəsizlik-qüvvələri-18-yaşlı-şiə-etirazçını-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org