0
Saturday 29 December 2012 - 12:32

İlqar İbrahimoğlu: “Şəhid qanları bir gün Qarabağı azad edəcək”

Story Code : 226067
DEVAMM sədri İlqar İbrahimoğlu
DEVAMM sədri İlqar İbrahimoğlu
DEVAMM sədri bildirdi ki, Qarabağ məsələsi şəhidik mövzusu ilə yanaşı çəkilməsə münaqişə həmişə belə bir vəziyyətdə qalacaq: “Şəhid qanları bir gün Qarabağı azad edəcək və bunu inkar edənlər torpaqlarımızın azadlığın istəməyən şəxslərdir. Azərbaycanın gənc nəsli, xüsusilə inanclı kəsimi üçün Qarabağ məsələsi - ən prioritet məsələdir. Azərbaycanda sovet dövründən sonra inanclı kəsimin sayı çox az idi. Lakin keyfiyyətcə yüksək olan inanclıların səyi ilə vəziyyət gəlib bu yerə çatdı. İnanclı kəsim olaraq Qarabağ məsələsi bizim ikinci, üçüncü və dördüncü məsələmiz deyil. Qarabağ məsələsi bizim cümə namazlarımızın, xütbələrimizin, əzadarlıqlarımızın, arzularımızın və hər şeyimizin birinci məsələsidir. Bizə qarşı yönələn bu qədər savadsızlığın və qərəzliyin adını bilmirik nə qoyaq. İnanclı insanların hər il Ramazan ayının sonuncu cümə günündə keçirdiyi “Qüds Gün”ün yalnız bir şüarı var. O da “Qarabağı və Qüdsü unutma”dır. Mənim şəxsi əqidəm budur ki, işğala məruz qalmış torpaqlar sülhlə qaytarıla bilməz. Heç kəs işğala məruz qoyduğu torpaqları elə-belə geri qaytarmır. Onsuz da bu məsələlərin həlli nə vaxtsa müharibə meydanlarına gəlib çıxacaq. O, zaman hər kəs fərqində olacaq ki, torpaqlar Eurovision kimi bayağılıqlarla azad edilməyəcək. Torpaqların azadlığı üçün şəhid qanı lazımdır. Həmin dövrdə inanclılara ittihamlar səsləndirilənlər çox yaxşı anlayacaqlar ki, bu torpağı azad edənlər və şəhidliyə hazır olanlar - inanclılardır. Bunun altında bizim sözünü deyib imza atmış Şəhid Mübarizimiz var”.
Source : Deyerler
Comment