0
Saturday 29 December 2012 - 15:44

İran: “İranın Türkiyə ilə əməkdaşlığı bir çox dövlətləri narahat edir”

Story Code : 226153
İran: “İranın Türkiyə ilə əməkdaşlığı bir çox dövlətləri narahat edir”
İran Xarici İşlər Nazirliyinin Mətbuat və Ümumi Diplomatiya Mərkəzinin rəhbəri Ramin Mehmanpərəst İranın İstanbulda yerləşən Baş Konsulluğunda mətbuat konfransı keçirib, - “haberturk”.

Jurnalistlərin suallarını cavablandıran Mehmanpərəst terror təşkilatlarına dəstək verilməsi ilə bağlı müxbirlərdən birinin sualını cavablandırıb. “İki ölkənin kəşfiyyat qurumları terror təşkilatları ilə mübarizədə birgə fəaliyyət göstərir. Bizim terrorçu qruplaşmalara qarşı apardığımız mübarizə ortalıqdadır. Ölkəmiz bir vaxtlar terrorun ən böyük qurbanlarından olub. Bir çox vətəndaşlarımız və dövlət rəsmilərimiz terror edilib. Türkiyə ilə xüsusi olaraq PKK təşkilatı ilə mübarizədə əməkdaşlığımız mövcuddur”, - deyə Mehmanpərəst bildirib.

“Bir çox ölkələr İran ilə Türkiyənin əməkdaşlığından məmnun deyil. Elə bir vəziyyət yaratmaq istəyirlər ki, iki ölkə arasında münasibətlər sual altına alınsın. Buna imkan vermək niyyətində deyilik. İranın hər hansı bir terror təşkilatına dəstək verməsi barədə xəbərlər iftiradan başqa bir şey deyil”, - deyə Mehmanpərəst vurğulayıb. /HaqqYolu/
Comment