QR CodeQR Code

Taliban terrorçularının girov götürdüyü hərbiçilərin meyitləri tapılıb

30 Dec 2012 10:35

IslamTimes - Taliban terrorçularının Pakistanın şimal-qərbində girov götürdüyü 21 hərbiçinin meyitləri tapılıb.


Bu barədə yerli hakimiyyətin nümayəndəsi Naved Əkbər bildirib. O deyib ki, 21 hərbiçi güllələnərək öldürülüb.

Qeyd edək ki, dekabrın 27-də Taliban silahlıları nəzarət-keçid məntəqəsinə hücum edərək 22 hərbiçini girov götürüblər.

Bəzi mənbələrdə bildirilirdi ki, 30 hərbiçi oğurlanıb.

Pakistanda fəaliyyət göstərən, ekstremist “Təhriki-e-Taliban” təşkilatı İslamabaddan Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etməməyi və ölkə konstitusiyasını şəriət qaydalarına uyğun dəyişməyi tələb edir. /apa/


Story Code: 226387

News Link :
https://www.islamtimes.org/az/news/226387/taliban-terrorçularının-girov-götürdüyü-hərbiçilərin-meyitləri-tapılıb

Islam Times
  https://www.islamtimes.org