0
Monday 31 December 2012 - 11:55

Zorakılıqlara baxmayaraq Bəhreyn xalqı nümayişləri davam etdirir

Story Code : 226728
Zorakılıqlara baxmayaraq Bəhreyn xalqı nümayişləri davam etdirir
Bəhreyn mediasının verdiyi məlumata əsasən insanlar Cadhefs, əl Daraz, əl Badi və əl Təhrir də daxil olmaqla paytaxt Manamada əsas küçələri bağlayıblar.

Etirazçılar həmçinin təkərlər yandıraraq Manamanın 9 Mart küçəsinin bağlayıblar.

Bəhreyn xalqı həmçinin bazar ertəsi günü də Səudiyyə işğalçı qüvvəllərinin ölkədə olmasına etiraz əlaməti olaraq ölkə boyu etiraz nümayişlərini davam etdirməyi planlaşdırırlar.

2011-ci ilin fevral ayından etibarən anti-hökumət etirazçıları 40 illik Ali Xəlifə rejiminin devrilməsi tələbləri ilə Bəhreyn boyu hər yerdə etiraz nümayişləri təşkil edirlər.

Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Oman və Qətrədən Manamaya etirazları yatırmaq üçün əlavə qoşun və təhlükəsizlik qüvvəlləri gətirildikdən sonra müdafiəsiz xalqa qarşı olunan zülmlərin sayı daha da artmağa başlayıb.

Bunun nəticəsində onlarla nümayişçi qətlə yetirilib, yüzlərlə insan itkin düşüb və minlərlə insan isə yaralanmışdır.

Amnesty İnternational elan edərək bildirib ki, Bəhreyndə Şiə siyasi müxalifətin 200-dən çox üzvü həbs olunub və daim işgəncə altındadır.

Human Rights Watch-da həmçinin Bəhreyn hökumətini həbs edilmiş müxalifət nümayəndələrinin məhkəməsində iştirak etmək üçün ölkəyə gəlmək istəyən insan hüquqlarının müdafiə fəallarını ölkəyə buraxmamaqda ittiham və tənqid etmişdir.
Comment