QR CodeQR Code

Kim ABŞ səfirini öldürsə...

1 Jan 2013 11:20

IslamTimes - İşsizlər ordusunun artdığı bir vaxtda Əl-Qaidə iş təklif edir: ABŞ səfirini öldürmək!


Əl-Qaidə terror təşkilatı ABŞ-ın Yəməndəki səfirini öldürənə 3 kiloqram qızıl (təxminən 160 min dollar) vəd edib. Bundan başqa, təşkilat ölkə ərazisində öldürülən hər bir Amerika əsgərinə görə 23 min dollar mükafat veriləcəyini bəyan edib. Əl-Qaidənin yaydığı məlumatda deyilir ki, təklif 6 ay qüvvədə olacaq.
Qeyd edək ki, 2011-ci ilin yazından Yəməndəki silahlı qruplaşmalar, eləcə də, Əl-Qaidənin yerli özəyi fəallaşıb. Onlarla mübarizə üçün Yəmən prezidenti ABŞ-dan kömək istəyib. 2012-ci ilin yazından Yəməndə silahlılara qarşı irimiyaslı əməliyyatlar keçirilir. ABŞ hərbçiləri son vaxtlar silahlılara qarşı mübarizəni daha da gücləndirib. /HaqqYolu/


Story Code: 226993

News Link :
https://www.islamtimes.org/az/news/226993/kim-abş-səfirini-öldürsə

Islam Times
  https://www.islamtimes.org