0
Tuesday 1 January 2013 - 12:30

Ayalon Libermanın üzünə duracaq

Story Code : 227013
Ayalon Libermanın üzünə duracaq
Musavat-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Liberman təqsirli bilinsə, yanvarın 22-də keçirilən seçkilərdə yenidən millət vəkili seçilsə belə hökumətdə vəzifə alamayacaq. Onun Türkiyə səfirini "alçaq kreslo"da oturdaraq skandal yaradan müavini Danni Ayalonun Libermanın əleyhinə ifadə verəcəyi təsdiqlənib.

Bundan başqa, İsrail Ali Məhkəməsi Mərkəzi Seçki Komitəsi tərəfindən namizədlik müraciəti rədd edilən ərəb mənşəli "Balad" partiyasında millət vəkili olan Hanin Zoabi haqqındakı qadağanı qaldırıb. Zoabi Qəzzaya humanitar yardım aparan "Mavi Marmara" gəmisinə mindiyi üçün xainlikdə təqsirləndirilirdi.
Comment