QR CodeQR Code

Ayalon Libermanın üzünə duracaq

1 Jan 2013 12:30

IslamTimes - İsrailin Ədliyyə Nazirliyi ifrat sağçı sabiq xarici işlər naziri Aviqdor Libermanı vəzifəsindən sui-istifadə etmə və fırıldaqçılıqda ittiham edərək iş açıb.


Musavat-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Liberman təqsirli bilinsə, yanvarın 22-də keçirilən seçkilərdə yenidən millət vəkili seçilsə belə hökumətdə vəzifə alamayacaq. Onun Türkiyə səfirini "alçaq kreslo"da oturdaraq skandal yaradan müavini Danni Ayalonun Libermanın əleyhinə ifadə verəcəyi təsdiqlənib.

Bundan başqa, İsrail Ali Məhkəməsi Mərkəzi Seçki Komitəsi tərəfindən namizədlik müraciəti rədd edilən ərəb mənşəli "Balad" partiyasında millət vəkili olan Hanin Zoabi haqqındakı qadağanı qaldırıb. Zoabi Qəzzaya humanitar yardım aparan "Mavi Marmara" gəmisinə mindiyi üçün xainlikdə təqsirləndirilirdi.


Story Code: 227013

News Link :
https://www.islamtimes.org/az/news/227013/ayalon-libermanın-üzünə-duracaq

Islam Times
  https://www.islamtimes.org