QR CodeQR Code

Britaniya hökuməti eyni cinslilərin evliliyini qanuniləşdirmək istəyir

2 Jan 2013 09:53

Islamtimes - "Həmcinslərin evliliyinin qanuniləşdirilməsi hər bir uşağa ana və ata qayğısını nəzərdə tutan ideal ailə həyatı haqqında xristian əqidəsini pozmuş olacaq."


Britaniyanın Roma Katolik Kilsəsinin arxiyepiskopu xəbərdarlıq edərək bildirib ki, Britaniya hökumətinin eyni cinslilərin evlənməsini qanuniləşdirmək üçün etdiyi təklif uşaqlara çox mənfi təsirlər qoyacaq.

Kilsə birliklərinin hökumətə ünvanladığı məktubda deyilir ki, hökumət bu addımı atmaqla həmcinslilərin evliliyinin uşaqlara qarşı ola biləcək mənfi təsirlərini göz ardına alıb.

Məktubda deyilir: “Hökumətin yeritdiyi bu siyasətdə bu evliliyin verə biləcəyi acı nəticələr nəzərə alınmayıb. Ata qayğısı olmadan iki ananın və yaxud da ana qayğısı olmadan iki atanın böyüdəcəyi uşaqlar mənəvi cəhətdən xəstə olaraq böyüyəcəklər.”

Məktubda daha sonra deyilir ki, həmcinslərin evliliyinin qanuniləşdirilməsi hər bir uşağa ana və ata qayğısını nəzərdə tutan ideal ailə həyatı haqqında xristian əqidəsini pozmuş olacaq.

Britaniya hökumətinin həmcinslərin evliliyini qanunişləşdirmək planı həmçinin İngiltərə və Velsdəki Katolik Kilsə rəhbərləri tərəfindən də tənqid edilib. Onlar bu qanunun insanların inanclarına qarşı olduğunu və bu qanunun heç bir ictiamiyyət üzvləri tərəfindən dəstəklənməyəcəyini bildiriblər.


Story Code: 227330

News Link :
https://www.islamtimes.org/az/news/227330/britaniya-hökuməti-eyni-cinslilərin-evliliyini-qanuniləşdirmək-istəyir

Islam Times
  https://www.islamtimes.org