QR CodeQR Code

Sionizm son günlərini yaşamaqdadır

İslamtimes , 2 Jan 2013 12:52

İslamtimes - Misirin Müsəlman Qardaşları partiyasının rəsmisi deyib ki, İsrail yeritdiyi siyasət üzündən növbəti on il ərzində məhvə məhkum olacaq.


islamtimes.org/az/ - Müsəlman Qardaşları siyasi qanadının sədr müavini Essam əl Erian bu açıqlamanı çərşənbə axşamı günü Daily Telegraph-a müsahibəsində deyib.

Erian deyib ki, Sionizm idealogiyası artıq məhv olmaq üzrədir və Fələstini işğal edənlər regionu tərk etməli və Fələstinlilərin öz torpaqlarına geri qayıtmalarına icazə verməlidirlər.

O Fələstinin tarixi torpaqlarını işğal edən Yəhudi işğalçılarının Fələstinlilərin öz torpaqlarına geri qayıtması yolunda başlıca maneə olduğunu bildirmiş və demişdir ki, gələcəyi görməyi bacaran hər bir kəs bu yəhudilərin bu layihəsinin sonuna çox qısa vaxt qaldığını anlaya bilər və bundan sonra Fələstin xalqı öz tarixi torpaqlarına geri qayıda bilər.

Çərşənbə axşamı günü Qoşulmayanlar Hərəkatı İsraili işğal edilmiş Fələstin torpaqlarında yeni yaşayış əraziləri salmağı planlaşdırdığı üçün tənqid edib.

Hərəkatın daimi üzvləri Nyu Yorkda toplandıqdan sonra İsraili tənqid edən bəyanat yayıblar.

Bəyanatda deyilib ki, İsrailin mövcudluğu və işğal edilmiş Fələstin ərazilərində yaşayış ərazilərini genişləndirmək planları Yaxın Şərqdə sülhü əldə etmək yolunda ən böyük maneəyə çevrilib.


Story Code: 227358

News Link :
https://www.islamtimes.org/az/news/227358/sionizm-son-günlərini-yaşamaqdadır

Islam Times
  https://www.islamtimes.org