0
Wednesday 2 January 2013 - 13:43

Sionistlərin çirkin planı

Story Code : 227368
Sionistlərin çirkin planı
"IslamTimes" xəbər verir ki, Sionist araşdırma mərkəzlərindən biri işğalçı İsrail rejiminin növbəti çirkin planının üstünü açıb. Gizli xəbərdə bildirilir ki, sionist rejim İraqda tayfa qarşıdurması yaratmaq planı üzərində işləyir. Onlar son günlər əl-Ənbar vilayətində baş vermiş etirazlardan sui-istifadə etməklə öz layihələrini irəli aparmağı düşünürlər.

Ərəb dilli xəbər agentlikləri də bəzi ərəb ölkələrinin Qərblə əl-ələ verərək İraqda sabitliyi pozmağa cəhd etdiklərindən yazıb.

Ötən ilin 27 dekabr tarixində dərc olunan hesabatda bildirilir ki, İsrail İraqın əl-Ənbar vilayətində baş verən etiraz aksiyasından sonra bir sıra qrupları aksiyalar keçirməyə çağırır. Sionist rejim Suriyada baş verən münaqişələrlə paralel olaraq İraqdakı etirazları da qarşıdurmalara sövq edərək məntəqədəki hədəflərinə çatmaq ardıncadır.
Comment