QR CodeQR Code

Terroristlər arasında şiddətli qarşıdurma

2 Jan 2013 20:07

IslamTimes - Bir neçə gündür Suriyada Əl-Nusrə terror qruplaşması ilə özünü Azad Suriya Ordusu adlandıran terroristlər arasında gərginlik yaşanır.


"IslamTimes" ərəbdilli KİV-ə istinadən xəbər verir ki, son günlər Suriya ordusu ilə mübarizələrdə ağır məğlubiyyətlərə uğrayan terroristlər arasında ciddi ixtilaf yaranıb.

Bir neçə gündür Əl-Nusrə terror qruplaşması ilə özünü Azad Suriya Ordusu adlandıran terroristlər arasında gərginlik yaşanır. Əl-Nusrə qruplaşması Azad Suriya Ordusuna Hələbi tərk etmək üçün 10 gün vaxt verib.

Bundan əlavə Əl-Nusrə qruplaşması Bestanul-Qəsr məntəqəsində Tövhid terror qruplaşması ilə üz-üzə gəlib. Onlar Tövhid qruplaşmasından olan 3 nəfəri snayperlə qətlə yetirdikdən sonra iki tərəf arasında atışma baş verib. Bir neçə saat şiddətli döyüşdən sonra hər iki tərəfdən bir neçə terrorist halak olub və onlar öz sığınacaqlarına çəkiliblər.

Ekspertlər uyğun qarşıdurmaların gələcək günlərdə daha da artacağını bildirir. Dövlət qüvvələri də Hələbdə yerləşmiş terroristlərə hücum edərək onların ağır təlafat verməsinə səbəb olub.


Story Code: 227492

News Link :
https://www.islamtimes.org/az/news/227492/terroristlər-arasında-şiddətli-qarşıdurma

Islam Times
  https://www.islamtimes.org