0
Thursday 3 January 2013 - 15:11

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi həbs olunub

Story Code : 227688
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi həbs olunub
APA-nın məlumatına görə, o, 1997-ci ildə dövlət çevrilişinə cəhddə təqsirli bilinir.

General bu gün Ankaraya aparılaraq, 1997-ci ildə hərbçilərin müdaxiləsi nəticəsində baş nazir Nəcməddin Ərbakanın baş nazir postundan getməsi ilə nəticələnmiş hadisələrə görə ifadə verəcək.

Bu iş üzrə istintaqa ötən ilin əvvəllərində başlanılıb, artıq bir neçə yüksək rütbəli hərbçi tutulub.

Qeyd edək ki, İ. H. Karadayının adı 2009-cu ildə “Ergenekon” işinin araşdırılmasında da keçsə də, həmin vaxt ona qarşı ittiham irəli sürülməyib.

“Ergenekon”çular 2003-cü ildə Ərdoğan hökumətini devirmək cəhdində ittiham olunurlar.
Comment