0
Thursday 3 January 2013 - 17:04

Hillari Klinton xəstəxanadan evə buraxılıb

Story Code : 227706
Hillari Klinton xəstəxanadan evə buraxılıb
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton xəstəxanadan evə buraxılıb. Hillari Klinton dekabrın 31-dən Nyu-York xəstəxanalarından birində müalicə alırdı.

Onu xəstəxanadan çıxışda həyat yoldaşı, ABŞ-ın eks-prezidenti Bill Klinton və qızları Çelsi müşayiət edib. Bundan sonra dövlət katibi müalicəsini ev şəraitində davam etdirəcək. Xatırladaq ki, Hillari Klinton yeni il axşamı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada həkimlər onun beynində damar trombu aşkarlamışdı. /Musavat/
Comment