0
Thursday 3 January 2013 - 17:08

Konqresdən Obamaya Suriya xəbərdarlığı

Story Code : 227708
Konqresdən Obamaya Suriya xəbərdarlığı
Amerika prezidenti Barak Obamanın ABŞ-ı yeni Suriya münaqişəsinə sürükləməsi onun özünə qarşı etimadsızlıq kampaniyasının başlanmasına səbəb ola bilər. Belə bir bəyanatla bir sıra nüfuzlu ABŞ konqresmenləri çıxış edib, - “RİA Novosti”.

Konqresmenlərin sözlərinə görə, ABŞ Konqresinin icazəsi olmadan Suriyada aparacağı istənilən hərbi əməliyyat prezidentə qarşı etimadsızlıq kampaniyasının başlanmasına səbəb ola bilər.

Respublikaçılar partiyasının Konqresdəki deputatı Uolter Cons keçirdiyi mətbuat konfransında Konqresin altı üzvünün məktubunu oxuyub. Həmin konqresmenlər sırasına həm respublikaçılar, həm də demokratlar daxildir. “Biz əsaslı şəkildə ölkəni yeni müharibəyə sürükləməməyə çağırırıq. Suriyanın kimyavi silaha malik olması ilə əlaqədar son dönəmlərdə Suriyada yeni hərbi əməliyyatların başlanmasına çağırışlar, İraqın bir vaxtlar kütləvi qırğın silahına malik olması bəhanəsi ilə bu ölkəyə girməyə oxşayır. Heç bir BMT və ya NATO qətnaməsi ABŞ xalqının iradəsindən üstün ola bilməz. ABŞ xalqının iradəsi əsasında fəaliyyət göstərən qurum nümayəndələrin təmsil olunduğu Konqresdir”, - deyə məktubda bildirilir. /Deyerler/
Comment