0
Friday 4 January 2013 - 23:19

ABŞ öz siyasətində köklü dəyişikliklər etməlidir

Story Code : 228090
ABŞ öz siyasətində köklü dəyişikliklər etməlidir
ABŞ öz siyasətində köklü dəyişikliklər etməlidir
Islam times.org/az/ - Cümə günü Hindistanın paytaxtı Nyu Dehlidə keçirilən mətbuat konfransı zamanı Cəlili jurnalistlərə deyib: “ABŞ-ın ikili siyasəti Şərqi Asiya ölkələrindən tutmuş Afrika ölkələrinə kimi bütün insanlarda onlara qarşı ictimai nifrəti ən yüksək həddə çatdırmışdır. Amerikalılar öz siyasətlərində köklü dəyişikliklər etməyə ehtiyaclıdırlar.”

O əlavə edərək deyib: “Onlar ikili standartlara son qoymalıdırlar və xalqların hüquq və dəyərlərinə hörmət ilə yanaşmalıdırlar. Dünya xalqları ABŞ-ın onlara olan münasibətindən xəbərdardır. ”

Cəlili ABŞ-ın öz xarici siyasətində sözdə iddia etdiyi demokratiyanın tam əksinə hərəkət etdiyini bildirmiş və demişdir ki, Vaşinqtonun İran İslam Respublikasına qarşı olan münasibəti bunun açıq-aşkar sübutudur.

Cəlili əlavə edərək deyib ki, 33 il bundan əvvəl İslam İnqilabının qələbə çalmasından sonra ABŞ bu inqilabın gətirdiyi demokratiyanı boğmağa çalışdı və bu yolda əlindən gələn hər bir şeyi etdi.

Ancaq bugün bütün dövlətlər etiraf edirlər ki, İran keçən 33 il ərzində tək ABŞ müqabilində davam gətirməklə kifayətlənməyib, həmçinin nəzərə çarpacaq dərəcədə inkişaf edib.
Source : İslamtimes
Comment