QR CodeQR Code

Nəsrullah: Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Suriyada münaqişəni qızışdırırlar

İslamtimes , 4 Jan 2013 23:26

İslamtimes - Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah deyib ki, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Suriyada münaqişənin şiddətlənməsinə və ölüm sayının artmasına görə məsuliyyət daşıyırlar.


islamtimes.org/az/ - Seyyid Həsən Nəsrullah bu açıqlamanı Ərbəin günü münasibəti ilə cənubi Livanın Balbek şəhərində etdiyi çıxış zamanı etmişdir.

O deyib ki, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Dəməşq hökumətinə qarşı döyüşən üsyançıları silah və maliyyə ilə təmin edirlər.

Nəsrullah Suriyadakı münaqişənin siyasi həll yolu olduğunu demiş və xəbərdarlıq edərək bildirmişdir ki, Suriyada münaqişənin davam etməsi dəhşətli nəticələrə səbəb ola bilər.

Hizbullah baş katibi qeyd edərək bildirib: “Əgər Suriyada döyüş davam edərsə, bu zaman bu döyüş uzun müddətli, qanlı və dağıdıcı olacaq.”

Nəsrullah Suriya münaqişəsinin ən çox təsir etdiyi ölkə Livanın olduğunu demiş və Livanlı siyasətçiləri ölkəni münaqişəyə çəkəcək hərəkətlərdən uzaqda durmağa çağırıb.

Hizbullah baş katibi Suriyada döyüşən muzdurların müsəlman ümməti üçün çox təhlükəli bir qrup olduğunu demiş və bildirmişdir ki, təkfirçi ektremistlər ABŞ-ın yaratdığı bir qrupdur və onlar müsəlmanlar arasında ayrılıq və ixtilaf salmaq istəyirlər.

O deyib ki, müsəlman ölkələrində və məxsusən də Suriyada baş verən partlayış və qırğınların arxasında təkfirçilər durur.


Story Code: 228093

News Link :
https://www.islamtimes.org/az/news/228093/nəsrullah-türkiyə-qətər-və-səudiyyə-ərəbistanı-suriyada-münaqişəni-qızışdırırlar

Islam Times
  https://www.islamtimes.org