QR CodeQR Code

Türkiyəli müsəlmanlar hökumətin hicab qadağasından təngə gəliblər

İslamtimes , 4 Jan 2013 23:41

İslamtimes - Türk hökumətinin hicaba qarşı qoyduğu qadağa ölkənin 97%-ni təşkil edən müsəlman xalqını təngə gətirib.


islamtimes.org/az/ - İslami hicaba qadağa 1923-cü ildə Türkiyə hökuməti tərəfindən Türkiyə Respublikası yarandığı vaxtda qoyulub.
Türk hökumətinin atdığı bu addım Türk xalqı arasında hökumətə qarşı qəzəb hissləri yaradıb.


Press TV-yə müsahibə verən müsəlman qadın deyib: “Hökumətin kimisə baş örtüyünü çıxarmağa məcbur etmək haqqı yoxdur. Müqəddəs Quran bizə başımızı örtməyi əmr edir. Hökumət bu əmri dəyişə bilməz. Bizim hökumət İslami hökumət olduğunu iddia edir, ancaq burada müsəlmanların hüquqları pozulur.”

Digər müsəlman qadın isə deyib: “Hicab qırmızı xətdir və heç kəsin onu qadağan etmək haqqı yoxdur. İnsanlara şəxsiyyətlərinə görə münasibət bəslənməlidir, geyimlərinə görə yox.”

Türk qadınlara xəstəxana, məktəb və ictimai ofislər də daxil olmaqla ictimai yerlərdə hicab taxmaq qadağandır.

Türk tələbə deyib: “Onlar məni universitetdə başımı açmağa məcbur etdilər. Bu çox pis bir hal idi. Heç kimin mənim dinimə qarışmağa haqqı yoxdur. Mən hesab edirəm ki, Türkiyədə müsəlmanların dini azadlığı yoxdur.”

Türkiyə hökuməti həmçinin məktəbli qızlara da hicab taxmağı qadağan edən qanun qəbul edib.

Türk vətəndaşı deyib: “Bizim uşaqlara məktəblərdə hicab taxmağa icazə vermirlər. Müsəlman qadınlara istədikləri kimi geyinmək haqqı verilməlidir.”


Story Code: 228103

News Link :
https://www.islamtimes.org/az/news/228103/türkiyəli-müsəlmanlar-hökumətin-hicab-qadağasından-təngə-gəliblər

Islam Times
  https://www.islamtimes.org