QR CodeQR Code

“İranın nüvə proqramından daha təhlükəlisi İsrailin daxildən parçalanmasıdır”

5 Jan 2013 16:00

IslamTimes - İsrail kəşfiyyatının sabiq rəisi: "İsrail daxilində parçalanmalar var”.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İsrailin daxili kəşfiyyat idarəsinin sabiq rəisi Yuval Diskin deyib. O İsrailin baş naziri Benyamin Netanyahununu qorxaqlıqda təqsirləndirərək, İrana hücum edilməsinə qarşı olduğunu bildirib: “Netanyahu mühüm qərarlar qəbul etməkdə qorxaq davranır və məsuliyyətdən boyun qaçırır. İran nüvə silahına sahib olsa belə bu İsrail üçün ən pis ssenari olmayacaq. Daha pis ssenarilər var və məncə ən pisi bizim daxildən parçalanmamızdır. Bu Tehranın nüvə proqramından daha betərdir”.

Y.Diskin əlavə edib ki, İsrail üçün ən yaxşı həll yolu fələstinlilərlə görüşlər təşkil edərək, onlarla sülh şəraitində yaşamaqdır.


Story Code: 228300

News Link :
https://www.islamtimes.org/az/news/228300/iranın-nüvə-proqramından-daha-təhlükəlisi-israilin-daxildən-parçalanmasıdır

Islam Times
  https://www.islamtimes.org