QR CodeQR Code

ABŞ dünyada yeganə nüvə cinayətkarıdır

İslamtimes , 6 Jan 2013 00:03

Islamtimes - İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Vaşinqtonu nüvə arsenalını saxlamaqda tənqid etmiş və demişdir ki, ABŞ dünyanın əsas nüvə cinayətkarıdır.


islamtimes.org/az/ - Səid Cəlili cümə günü Hindistan paytaxtı Nyu Dehlidə təşkil edilmiş mətbuat konfransı zamanı deyib: “ABŞ nüvə silahına qarşı olan münasibəti Vaşinqtonun dünyada yeganə nüvə cinayətkarı olduğunu göstərir və ABŞ yeganə dövlətdir ki, nüvə enerji və silahından günahsız insanlara qarşı istifadə edib.”

O əlavə edərək bildirib ki, ABŞ dünyanın ən böyük nüvə silahı ehtiyyatına malikdir və indi də bu növ silahların yenilərini ixtira etmək üçün araşdırma və tədqiqatlar aparır.

“İki il əvvəl biz Atom Enerjisi Agentliyinə ABŞ-ın nüvə silahını yaydığı üçün cinayətkar olduğunu dedik. Sionist rejiminə nüvə silahlarını verən hansı ölkə idi?”

Cəlili qeyd edərək deyib: “Bizim agentliyə təqdim etdiyimiz gizli ABŞ sənədlərində göstərilir ki, təxminən 40 il bundan əvvəl ABŞ-da yüksək səviyyədə zənginləşdirilmiş 130 kg uran itmişdir.”

O əlavə edərək bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyindən itmiş uran haqqında araşdırma aparmasını tələb etmişdir.

Suriyadakı münaqişəyə toxunan Cəlili deyib ki, İran sülh planı təqdim etmiş və münaqişə başlayan dövrdən etibarən münaqişəyə son qoyulmasını tələb etmişdir.

Cəlili deyib: “Biz inanırıq ki, xarici müdaxilə və terrorizim Suriya üçün həll yolu deyil. Məsələ xarici müdaxilə olmadan milli danışıqlar əsasında həll edilməlidir. Suriyalılar tərəfindən qəbul ediləcək hər bir qərara hörmət ilə yanaşılmalıdır.”


Story Code: 228434

News Link :
https://www.islamtimes.org/az/news/228434/abş-dünyada-yeganə-nüvə-cinayətkarıdır

Islam Times
  https://www.islamtimes.org