QR CodeQR Code

Natanyahu: İran hələ ki, qırmızı xətti keçməyib

İslamtimes , 6 Jan 2013 00:22

İslamtimes - Sionist rejiminin baş naziri Benyamin Netanyahu deyib ki, İran hələ ki, Tel Əvivin onun nüvə enerji proqramına qoyduğu qırmızı xətti keçməyib.


islamtimes.org/az/ - Netanyahu Xarici İşlər nazirliyinin ənənəvi olaraq xaricdə xidmət edən İsrail səfirləri ilə təşkil etdiyi görüşün son iclasında deyib: “İran bizim üçün bir nömrəli təhlükə olaraq qalmaqdadır.”

O İslam Respublikasına işarə edərək deyib: “Əgər o ölkənin nüvə silahı əldə etməsinin qarşısı alınarsa, bu zaman regionda müsbət dəyişikliklər baş verə bilər.”

Keçən ilin sentyabr ayında BMT-də çıxışı zamanı Netanyahu bomba təsvirində qırmızı xətt çəkərək bildirmişdir ki, Tehranın nüvə silahı əldə etməyə 90% qaldıqda qırmızı xətti keçmiş olacaq. O demişdir ki, İran yaz və yaxud da yaya qədər hələ ki, bu xətti keçməyi bacarmayacaq.

Netanyahu səfirlərlə görüşündə deyib: “Və bu İranın nüvə enerji proqramını zərəsizləşdirmək üçün sanksiyalar və diplomatik təziqlərə vaxt imkanı yaratmış olacaq.”

İsrail baş naziri həmçinin Fələstin məsələsinə də toxunaraq deyib ki, bir gün Həmas Fələstin hökumətinin idarəçiliyini öz öhdəsinə götürəcək və bu səbəbdən də sülh razılaşmasına “Sionist bütövün Yəhudi xalqının dövləti kimi tanınması”, “geri qayıtmaq haqqının” ləğv olunması daxil edilməli və beləliklədə münaqişəyə səmimi şəkildə son qoyulmalıdır.


Story Code: 228438

News Link :
https://www.islamtimes.org/az/news/228438/natanyahu-iran-hələ-ki-qırmızı-xətti-keçməyib

Islam Times
  https://www.islamtimes.org