QR CodeQR Code

Obama yenə Quantanamonu bağlamadı

6 Jan 2013 09:46

IslamTimes - Obama adminstrasiyasının Quantanamonu bağlamaq niyyətində olmadığı bildirilir.


ABŞ prezidenti Barak Obama 4 il öncə ilk dəfə prezident seçilməmişdən qabaq qalmaqallı Quantanamo həbsxanasını bağlayacağını vəd etsə də, məhbuslara işgəncə verilməsi ilə tanınan həbsxananın yenidən açıq qalmasını nəzərdə tutan 2013-cü il Beynəlxalq Təhlükəsizlik qanununu imzalayıb, - “haberturk”.

Bundan öncə Barak Obama Quantanamo həbsxanasının bağlanmasını məhdudlaşdıran qanun layihəsinə veto qoyacağını bildirsə də, son anda onu qəbul edib. Beynəlxalq insan haqları qurumları isə Barak Obamanı 11 ildir terrorda şübhəli bilinmə ittihamı ilə, heç bir məhkəmə qərarı olmadan insanları Quantanamoda ağır şərtlər altında saxlamaqda ittiham edir. Onlar Obama adminstrasiyasının Quantanamonu bağlamaq niyyətində olmadığını bildirir.


Story Code: 228498

News Link :
https://www.islamtimes.org/az/news/228498/obama-yenə-quantanamonu-bağlamadı

Islam Times
  https://www.islamtimes.org