QR CodeQR Code

"Südəmər körpələrə belə rəhm etməyin!"

6 Jan 2013 16:45

IslamTimes - Sələfi alim: "Şəriət südəmər körpələrin qətlə yetirilməsinə icazə verir. Onlar analarının bətnində olduğu vaxt hətta anaları ilə birlikdə qətlə yetirilə bilər."


"IslamTimes" "Ən-Nəşrə" xəbər agentliyinə istinadən bildirir ki, Sələfi alimlər Suriyada prezident Bəşar Əsədi dəstəkləyən ailələrin südəmər körpələrini belə qətlə yetirməyə icazə verib. Onlar uyğun hökmlərinə bəhanə kimi bu körpələrin yetkinlik yaşına çatan zaman Bəşar Əsədi dəstəkləyəcəklərini göstərirlər.

Təkfirçilərin ali rütbəli səlahiyyətlilərindən biri körpələrin qətlə yetirilməsini dəstəkləyərək deyib: "Şəriət südəmər körpələrin qətlə yetirilməsinə icazə verir. Onlar analarının bətnində olduğu vaxt hətta anaları ilə birlikdə qətlə yetirilə bilər. Suriyada bizim qanunlarımızdan kənarda olan heç kəs sağ qalmamalıdır."

Bu gün Suriyada sələfi alimlərin hökmlərinə əməl edən bir çox qrup var. "Ən-Nəsrə" qruplaşması indiyədək uyğun hökmə əsasən onlarla körpəni anası ilə birlikdə vəhşicəsinə qətlə yetirib. Təəssüflər olsun ki, ABŞ və bir sıra digər ölkələr də gizli şəkildə bu çirkin əməlləri dəstəkləyərək, uyğun qruplaşmaları silah və pulla təmin edir.


Story Code: 228630

News Link :
https://www.islamtimes.org/az/news/228630/südəmər-körpələrə-belə-rəhm-etməyin

Islam Times
  https://www.islamtimes.org