0
Sunday 6 January 2013 - 23:47

İntihar aksiyaları davam edir

Story Code : 228750
İntihar aksiyaları davam edir
Hələ ki təhsil nazirliyi ilə bağlı yadda qalan hadisə 3 hicab aksiyasıdır. İşi xalqın balalarını maarifləndirmək olan nazirlik dini dəyərlərlə savaş ordusunda legionerlik edir. Daha faciəlisi…Azərbaycanın bir saylı problemləri arasında intihar da yer alır. Bir ölkədə ki insanlar öz həyatlarına qəsd edir, o ölkənin “sürətli inkişafı”nda intiharların da sürətlə artması nəzərdə tutulubmu? Özünü öldürənə ruhi xəstə, narkoman damğası vurulan bir zamanda Salyan rayonunda məktəb direktoru intihar edib. APA xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 1956-cı il təvəllüdlü Fətulla İsmayılov yaşadığı evin həyətində üzüm talvarından özünü asaraq intihar edib.
Qeyd edək ki, mərhum, Qızılağac kənd Əlövsət Quliyev adına orta məktəbin direktoru olub. Aydın olur ki, intiharların artması ölkədəki mənəvi-sosial durumun ağırlaşması ilə əlaqəlidir. Bəli, intihar cəmiyyətə, hakimiyyətə etirazdır. Şagirdləri qoruyun!
/HaqqYolu/
Samir
Comment