0
Monday 7 January 2013 - 15:46

Ravvin: Ben Gurion ateist, Herzl isə homoseksualdır

Story Code : 228897
Ravvin: Ben Gurion ateist, Herzl isə homoseksualdır
Sionist televiziya kanalı olan “Kanal 10”-a müsahibə verən ravvin keçən 35 il ərzində olduğu kimi bu il də Knesset seçkilərinə qatılacağını elan edib.

İşğal edilmiş ərazilərdə dünyəvilik ənənələrinə tənqidi fikirlərini ifadə edən Yitzhak deyib ki, Herzl insanları imansızlığa doğru sürükləyən çox pis bir insan olmuşdur.

O deyib: “Herzl ruhi xəstə və qeyri-normal idi. O uşaqları zorlayardı. Bunu bizə tarix deyir.”

Ben Guriona gəldikdə isə o deyib: “Ben Gurion ateist idi. O cəhənnəmlikdir.”

Yitzhak həmçinin Sionist cəmiyyətində müxtəlif sektalar arasında olan mədəni böhrana toxunmuş və demişdir ki, bu cür hallar çox acınacaqlıdır və çox zaman eyni şəhərdə olan məktəb və ya qonşular arasında bu hallara rast gəlmək olur.

O sonda deyib: “Bütün bunlar sionist cəmiyyəti arasında anlaşma və uyğunluğun çatışmazlığını göstərir.”
Comment