0
Monday 7 January 2013 - 16:04

ABŞ və İsrail İslama qarşı soyqırım aparır

Story Code : 228906
ABŞ və İsrail İslama qarşı soyqırım aparır
Müsəlman-Yəhudi-Xristian Alyansının yaradıcısı Kevin Barret şənbə günü Press TV-yə müsahibəsində deyib ki, müsəlmanlar İslama qarşı soyqırım təhlükəsi ilə üz-üzədirlər.

Barret əlavə edərək deyib ki, bu İslamafobiya hərəkatı İsrail planı olan 11 sentyabr hadisəsindən sonra başladı.

2001-ci il 11 sentyabrda ABŞ-da 3 min insanın həlak olmasına səbəb olan bir neçə terror hücumları baş verdi.

ABŞ 11 sentyabr hadisəsinin Əfqanıstanda yerləşən Taliban tərəfindən idarə edilən əl Qaidə terror qrupunun üzvləri tərəfindən həyata keçirildiyini elan etdikdən sonra 2001-ci ildə sabiq prezident Corc Buşun rəhbərliyi altında Əfqanıstan işğal edildi.

İran kanallarına qarşı qoyulan qadağalara toxunan Barret deyib ki, bunun səbəbi İslam Respublikası mediasının həqiqətləri olduğu kimi çatdırmasıdır, məxsusən də 11 sentyabr haqqında həqiqətləri.

Barret deyib: “Məhz bu səbəb oldu ki, ABŞ xarici siyasətini təmamilə idarə edən, hər seçki zamanı amerikalı namizədlərə külli miqdarda maliyyə yardımı edən, ABŞ mediasına idarəçilyi öz əlində saxlayan və qlobal cinayətin 33%-ni idarə edən Sionist lobbisinin təkidi ilə Press TV-nin bütün Qərb boyu yayımlanmasına qadağa qoydular.”

21 dekabrda Hispasat İranın Press TV və Hispan TV kanallarının öz peykində yayımlanmasına qadağa qoydu.
Comment