0
Tuesday 8 January 2013 - 10:01

Amerika pilotsuz təyyarələri Pakistanda daha 8 nəfəri qətliam etdi

Story Code : 229112
Amerika pilotsuz təyyarələri Pakistanda daha 8 nəfəri qətliam etdi
Əməliyyat zamanı ən azı səkkiz nəfər həyatını itirib. ABŞ hərbçiləri onların yaraqlılar olduğunu iddia etsə də, Pakistan hakimiyyəti və şahidlər onların dinc vətəndaşlar olduğunu bildirir, - “RBK”.

Qətliam edilənlərin şəxsiyyətləri hələlik müəyyənləşdirilməyib. Amerikalıların bildirdiyinə görə, hücumların əsas hədəfi yaraqlıların sığınacaqları olub. Lakin, əməliyyatlar bu sığınacaqlardan xeyli aralı məsafədə aparılıb.

Xatırladaq ki, ötən gün ABŞ-a məxsus beş pilotsuz təyyarənin Pakistanın Şimali Vaziristan əyalətini bombalaması nəticəsində on səkkiz nəfər həyatını itirmişdi. /Deyerler/
Comment