0
Tuesday 8 January 2013 - 12:17

Həbsin motivi qanunsuzluğa qarşı 2 yanvar çıxışı idi

Story Code : 229143
Həbsin motivi qanunsuzluğa qarşı 2 yanvar çıxışı idi
Həbsin motivi qanunsuzluğa qarşı 2 yanvar çıxışı idi
AİP rəhbərliyinin izlənməsi və həbsi üçün bəhanə yanvar ayının 2-sindən davam edirdi.
Hacı Mövsüm Səmədov terrorizm, hakimiyyət çevrilişinə hazırlıq kimi saxta ittihamlarla mühakimə olunub. Həbsin əsl məqsədi isə M.Səmədovun AİP-in baş məclisindəki çıxışında ölkədə korrupsiya, rüşvətxorluq, qanunsuzluq, məmur özbaşınalığı, milli-mənəvi dəyərlərin aşınmasına aparan mürtəce qanunların qəbul olunması və sadalananların hakimiyyət- vətəndaş qarşıdurması yaradmağa xidmət etdiyini bildirməsidir. O, çıxışında neqativ halları yalnız tənqid etmir, faktlar və detallar göstərmişdi.”
Bunları AİP sədrinin siyasi məsələlər üzrə müavini hacı Akif Heydərli bildirib.

Onun sözlərinə görə, Mövsüm Səmədovun çıxışından sonra Azərbaycanda hakimiyyətin qanunsuzhərəkətlərinə qarşı müqavimət hərəkatı qücləndi, təpki göstərildi və islamşıların açıq siyasi mübarizələrinin başlanğıcı qoyuldu .

“Keçən il dindarlar korrupsiya, rüşvət vədini mənəvi azadlıqların boğulmasına qarşı etiraz aksiyaları keçirib, o cümlədən də süni qadağaların aradan qaldırılmasına qarşı islamçların etirazları.Arzulanmadığı halda polislə qarşıdurmayaranıb.

Hacı Mövsüm Səmədovun ideyalarının davamı olaraq hakimiyyətin siyasi sistemdə müəyyən islahatlar aparacağını ,nöqsanların aradan qaldırması üçün konkret addımların atılacağını, insanların pozulmuş hüquqlarının bərpa olunacağını gözləyirdik.

Təəssüflər olsun ki, neqativ hallar hələ də qalmaqdadır. Bu isə ölkədə ədalətli cəmiyyət qurulana qədər mübarizəmizin davam edəcəyi deməkdir.”-deyə A.Heydərli fikrini yekunlaşdırıb.

Pərvanə Ələkbərova/İslaminsesi
Source : İslaminsesi
Comment