QR CodeQR Code

Hacı Mövsüm Səmədov xəstəxanaya köçürülür

Xeber44 , 8 Jan 2013 13:16

İslamtimes - Bu barədə AİP liderinin həyat yoldaşı Mehparə Səmədova məlumat verib .


Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Mövsüm Səmədov Penitensiar Xidmətin həbsxanalar üzrə mərkəzləşdirilmiş xəstəxanasına köçürüləcək. Bu barədə FaktXeber.com-a AİP liderinin həyat yoldaşı Mehparə Səmədova məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında ürəyində ağrıların yaranması Səmədovun həbsxanadan xəstəxanaya yerləşdirilməsini labüd edib: "Bu gün Hacını görmək üçün saxlandığı həbsxanaya gedəcəkdim. Lakin sonra özü mənə oradan zəng vuraraq gəlməməyimi söylədi. Səbəbini soruşduqda, səhhətində problemlər yarandığını və bu səbəbdən xəstəxanaya yerləşdiriləcəyini dedi."

Qeyd edək ki, Mehparə Səmədova bizə açıqlamasında həmçinin söylədi ki, son bir ayda Mövsüm Səmədovun ürəyinin arxa damarlarında qan çatışmazlığı yaranıb. Bu səbəbdən onun vaxtında dərmanları qəbul etməsi və həkim nəzarətində olması gərəkdir.


Story Code: 229168

News Link :
https://www.islamtimes.org/az/news/229168/hacı-mövsüm-səmədov-xəstəxanaya-köçürülür

Islam Times
  https://www.islamtimes.org