0
Tuesday 8 January 2013 - 16:04

Həqiqətpurun Azərbaycanlı həmkarlarına açıq məktubunun əks-sədaları

Story Code : 229248
Həqiqətpurun Azərbaycanlı həmkarlarına açıq məktubunun əks-sədaları
Həqiqətpurun Azərbaycanlı həmkarlarına açıq məktubunun əks-sədaları
Aazəri medialarda geniş rezonans doğuran bu məktub bir neçə azəri rəsminin reaksiyası ilə üzləşdi ki, bu arada Azərbaycan Respublikasının hakim partiyasının nümayəndəsi Siyavuş Novruzov mənasız və absurd bir yazıda qeyd edilən yazıya cavab verdi. Hazırda isə İranlı millət vəkili Doktor Həqiqətpur bir açıq məktubda Azərbaycan Respublikası parlamentinin üzvünü ədəbi riayət etməyə və özünün tarixi kökü haqda düşünməyə çağırıb.

İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavininin açıq məktubunda belə bildirilib:

“ Bismillahirrəhmanirrəhim

Cənab Siyavuş Novruzov

Salam,

Siyavuş can bilirsən ki, ədəb yaxşı şeydir, İran azəriləri ədəbli və mehriban insanlar olduqları ilə məşhurdurlar, amma sizin yazınızda heç bir ədəb izi görünməməkdədir, lütfən özünüzün azəri olduğunuzda bir az düşünün, bəlkə ədəbsiz və Allahdan xəbərsiz olan ünsürlərlə həmsöhbət olmağınız sizin ədəbsiz olmağınıza səbəb olub.

Siyavuş can təklif edirəm ki, gözəl isminizin keçmişini tarixdə araşdır, bax gör ki, bu adın keçmişi hansı ölkənin və hansı etnosun tarixi miflərindədir, görəsən türklər də tarixdə Siyavuş adından istifadə ediblər, yada ki, yalnız bu adı İranda və Ariyayi etnosunda tapa bilərsən.

Ağa Siyavuş əgər bütün tarixi leksikonlarda axtarsan, bu adı yalnız İran, Aran, Tehran və Badkubədə tapa bilərsən.

Münasibdir ki, bir qədər özünün etnik kökün haqda düşünəsən və görəsən ki, hazırda necə sizə saxta bir mentalitet hazırlayıblar, əgər etnik inteqrasiya köklərinə çatsan, başa düşəcəksən ki, parçalanmış bu iki millət nə qədər inteqrasiyaya və vəhdətə ehtiyaclıdırlar”.

Doğruda Ağa Siyavuş demişdin ki, Sərhəd Gediş-Gəlişini Asanlaşdıran Qanun keçmiş Sovet İttifaqı tərəfindən imzalanmışdı, əgər sizin iddianız doğrudursa, o zaman rusların insafları Badkubədə sakin olan parlament sakinlərindən insafları daha çox olub və onlar bu xalqın ictimai genişlənmə zərurətini sizdən daha artıq dərk etmişdilər.

Əgər sizin sözləriniz həqiqət və doğru olmayan əsasa qoyulubsa, o zaman vay olsun Badkubə xalqına ki, beləcə nümayəndələri vardır ki, həqiqət olmayan bünövrələrə əsasən danışırlar və yalan söyləyirlər və .....

Allah bilir ki, o parlamentin qərarları nə olacaqdır.

Ağaye Siyavuş Novruzov, əvvəla bu razılaşma Cənab Haşimi Rəfsəncaninin prezidentliyi dövründə azəri məsul şəxslərlə imzalanıbdır və gediş-gəliş 35 kilometr deyil, 45 kilometr radiusunda olub və ümumiyyətlə sərhəd kənarında sakin olan qövmlərin gediş-gəlişlərini asanlaşdırmaq və iqtisadi mübadilələrin həyata keçirilməsi məqsədilə olub və indiyə qədər Araz Çayının hər iki tərəfindəki sərhəd sakinlərindən minlərlə nəfər bu fürsətdən istifadə ediblər.

Novruzxan , İranla mədəni, iqtisadi və ictimai əlaqələrin genişləndirilməsi haqda danışmışsan. Badkubə Parlamentinin bu haqda təsdiq etdiyi bir neçə qanun layihəsini yalnız ad çəkə bilərsənmi? əslində siz bu haqda hansı əməli hərəkət həyata keçirmişsiniz və hansı təklifləriniz var? Yada ki, əsla bu fikirdə deyilsiniz. Belə nəzərə gəlir ki, siz amerikanlar və sionistlərə bağlısınız və onlarla tam şəkildə anlaşma əldə etdiyiniz üçün, Arazın bu tayı ilə mədəni, ictimai və iqtisadi əlaqələrin genişlənməsi imkanını qeyd edilən anlaşmalarla ziddiyyətdə görürsünüz, mütləq 45 kilometr radiusunda sərhəd vizasının ləğv edilməsi də elə bu istiqamətdə təhlil edilə bilər.

Sonda söhbət edilmiş mövzular və iki ölkə əlaqələri haqdakı başqa məsələlər barəsində siz və Azərbaycan Respublikasının başqa deputatları ilə səmimi formada danışıqlar aparmaq üçün özümün tam hazırlığımı elan edirəm”.
Source : İRİB
Comment