0
Tuesday 8 January 2013 - 23:25

Siyavuş Novruzov Həqiqətpura cavab verdi

Story Code : 229389
Siyavuş Novruzov Həqiqətpura cavab verdi
Siyavuş Novruzov Həqiqətpura cavab verdi
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpurun onu debata çağırmasına cavab verib.

YAP-çı deputat AzNews.az-a açıqlamasında deyib ki,Mənsur Həqiqətpur ilə debata çıxmağa hər an hazırdır: Bu debatlar hər hansı mətbu orqanda və yaxud fikirlər bildirməklə ola bilər. İranlı deputat sərhəd məsələsilə bağlı danışır.

İran ilə Azərbaycan arasında viza məsələsinə də toxunan S.Novruzov deyib ki, iki ölkə arasında viza sistemi var və hər kəs Azərbaycana gələ bilər.

Onun sözlərinə görə, İran ilə Azərbaycan arasında əvvəlki viza sistemi keçmiş Sovetlər İttifaqından qalmış idi ki, bu da dəyişdirildi: İndi dünya açıqdır, viza ilə dünyanın istənilən yerinə rahat gedib gəlmək mümkündür.Vizanın olması şəxsiyyəti müəyyən edən əsas sənədlərdən biridir. İrandan da kim istəsə Azərbaycanın istənilən yerinə gələ bilər. Bu məsələ ilə bağlı İran tərəfinin hər hansı qalmaqal yaratmasına ehtiyac yoxdur.Bu dünyada qəbul olunmuş sivil qaydadır ki, Azərbaycan da tədbiq edir. Hesab edirəm ki, bu sadəcə olaraq İranın Azərbaycana “ilişməsidir”. Onlar gedib dünya qanunlarını oxumalıdır, beynəlxalq standartları öyrənməlidir və dünyaya inteqrasiya etməlidirlər”.

Xatırladaq ki, Azərbaycan və İran vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun ləğvindən sonra Mili Məclisə məktubla müraciət edən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpur daha bir bəyanat səsləndirib.

Bu dəfə o, AzNews.az saytında da yayılan bəyanatına cavab verən millət vəkili Siyavuş Novruzova müraciət edib. Müraciətində S.Novruzovun məsələyə münasibətini absurd adlandıran Həqiqətpur hətta onu ədəbə dəvət etməkdən belə çəkinməyib. Eyni zamanda S.Novruzovu öz adını tarixini daha yaxından öyrənməyə çağıran Həqiqətpur onunla və Milli Məclisinin digər deputatları ilə sözügedən mövzuda, həmçinin iki ölkə münasibətlərinin digər məsələləri barədə səmimi müzakirələr aparmağa tam hazır olduğunu bildirib.
Source : .........?
Comment