QR CodeQR Code

İran vasitəçi ola bilər

9 Jan 2013 11:46

IslamTimes - İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edə bilər.


ANS PRESS-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər verir. O qeyd edib ki, İran münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu münaqişənin həlli region ölkələrinin imkanları daxilindədir. "Biz münaqişələrin gərginləşməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik", - deyə Mehmanpərəst mətbuat konfransında qeyd edib.


Story Code: 229493

News Link :
https://www.islamtimes.org/az/news/229493/iran-vasitəçi-ola-bilər

Islam Times
  https://www.islamtimes.org