0
Wednesday 9 January 2013 - 14:53

Həbsxanada dindarlara qarşı təzyiqlər davam edir

Story Code : 229565
Həbsxanada dindarlara qarşı təzyiqlər davam edir
Həbsxanada dindarlara qarşı təzyiqlər davam edir
Hicab məhbuslarının müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimli islaminsesi.az portalına həbsdə olan dindarların durumu, onların işi ilə bağlı Avropa Məhkəməsinə müraciət etməyə mane olan səbəblər barədə açıqlama verib.

-Artıq 2 ildir ki, Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm həbsdədir. Onun həbsxanada saxlanma durumu necədir?

- Hazırda həbsxanada yüzdən artıq islamçı, o cümlədən AİP sədri və sıravi üzvlər cəza çəkir. Onların hamısı şər və saxta ittihamlarla tutulub.

Hacı Mövsüm Səmədov 2010-cu il yanvarın 2-də partiyanın bağlı qapılar arxasında keçirilən Baş məclisindəki çıxışına görə həbs olunub. O, çıxışında hicaba qoyulan qadağalar məsələsi ilə bağlı danışmışdı.
Ruhanilərimiz həbsdə olanlara mənəvi dəstək olur. Həbsxanada cəza çəkən şəxslər penitensiar xidmətin tabeçiliyinə keçir. Artıq nə MTN, nə Respublika Prokurorluğu onların taleyi ilə məşğul ola bilməz, lakin güc qurumlarının əməkdaşları məhbuslarla görüşür və təzyiq edirlər. Məhbusların hüquqlarının pozulmasına Azərbaycan cəmiyyətinin korrupsiya, rüşvət və şəxsi münasibətlər üzərində qurulması şərait yaradır. Hökümət öz vətəndaşları ilə düşmən kimi rəftar etməməlidir.
Hacı Mövsümü informasiya almaqdan məhrum və onu cəmiyyətdə baş verən hadisələrdən təcrid ediblər. AİP sədrinin həbsindən iki il keçməsinə baxmayaraq, onun işinə hələ də Ali məhkəmədə baxılmayıb. Avropa Məhkəməsinə şikayət ərizəsi vermək üçün mütləq Ali məhkəmənin qərarı olmalıdır. Biz dindarların, o cümlədən Hacı Mövsümün məhkəmə işini AM-nə göndərmək istəyirik. Həbsxanada olan dindarlarımız AŞPA-nın məlum siyasi məhbus kateqoriyasına uyğun siyahıya daxil olunublar. Əgər dindarların cinayət işi bütün instansiyalardan keçmiş olsaydı, o halda AM-nə müraciət edəcəkdik. AŞPA-nın siyahısında 89 nəfər siyasi məhbus var. Dindarların istintaqının və məhkəməsinin sifarişli keçdiyindən onların ittıhamları saxtadır.
Məhkəmələr açıq şəkildə keçirilməli və cinayət sübut olunmalıdır. Apelyasiya məhkəıməsi açıq keçirilmirsə, bu şübhə doğurur.
Pərvanə Ələkbərova
Source : Hicab.org
Comment